Bakıda yeniyetmələrin mübahisəsi QANLA BİTDİ
18 may 2022 11:19 (UTC +04:00)

Bakıda yeniyetmələrin mübahisəsi QANLA BİTDİ

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə mayın 17-i paytaxtın Nizami rayonu Qara Qarayev prospektindəki binalardan birinin həyətində qeydə alınıb. 17 yaşlı Samir Şirinov (ad və soyad şərtidir) həmyaşıdı İlkin Quliyevlə (ad və soyad şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman S. Şirinov bıçaqla İlkinə 2 dəfə bıçaq zərbəsi endirib.

Yaralı dərhal 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən S. Şirinov saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

# 2190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar