Bakıda  VƏHŞİLİK:   4 yaşlı qızı öldürüb quyuya atdılar
01 fevral 2022 17:56 (UTC +04:00)

Bakıda VƏHŞİLİK: 4 yaşlı qızı öldürüb quyuya atdılar

Xəbər verdiyimiz kimi, yanvarın 31-də Xəzər rayonu, Qala qəsəbəsində quyudan 4 yaşlı qızın meyiti tapılıb.

Lent.az xəbər verir ki, quyudan meyiti tapılan 4 yaşlı Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanılıb. Zərərçəkmişin qonşusu 32 yaşlı Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

# 5013
avatar

Mehman Nəbiyev

Oxşar yazılar