Bakıda "Tofaş"dan  NƏLƏR TAPILMADI  - göz yaşardıcı qaz, balta...
24 may 2021 13:47 (UTC +04:00)

Bakıda "Tofaş"dan NƏLƏR TAPILMADI - göz yaşardıcı qaz, balta...

Mayın 22-də saat 16 radələrində Bakı şəhər sakini E.Həsənovun idarə etdiyi “Tofaş” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən  saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avtomobilə baxış zamanı çoxsaylı səs-siqnal quraşdırılması müəyyən edilib, habelə 1 ədəd balta, 1 ədəd “Draqon” markalı ov tüfəngi, 14 ədəd patron, 1 ədəd “Jenix” markalı göz yaşardıcı qaz balonu, 1 ədəd elektroşoker və 8 büküm narkotik vasitə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1824
avatar

Mehman Nəbiyev

Oxşar yazılar