Bakıda bıçaqlanma anı
30 iyun 2021 14:54 (UTC +04:00)

Bakıda bıçaqlanma anı

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - YENİLƏNİB - VİDEO

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb. 

Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmalrın sonunda ictimaiyyətə əlavə məlumat veriləcək". 

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar

# 9399
avatar

Mehman Nəbiyev

Oxşar yazılar