Bakıda qız ərəblərin evində qollarını doğradı
02 fevral 2022 11:24 (UTC +04:00)

Bakıda qız ərəblərin evində qollarını doğradı

Bakıda turistlərin evinə qonaq gedən qadının döyülüb xəsarət alması ilə bağlı iddialar əsasızdır.  

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var.

İddiaların təfərrüatları Səbail rayon Polis İdarəsinin 39-cü Polis Bölməsində araşdırılır.

Qeyd  edək ki, mediada yayılan məlumatlara görə, bu gecə "Torqovı" adlanan ərazidə ərəb turistlər evlərinə qonaq gələn qıza hücum ediblər. İddialara görə, ərəblər şüşə parçası ilə 24 yaşlı qızın qollarını kəsiblər.

# 3060
avatar

Mehman Nəbiyev

Oxşar yazılar