Bakıda iki qardaş taksi sürücüsünü döyüb maşınını əzdi
15 fevral 2023 11:27 (UTC +04:00)

Bakıda iki qardaş taksi sürücüsünü döyüb maşınını əzdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfər sürücünü döyərək mobil telefonunu alıblar və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurublar. Bu barədə polisə məlumat daxil olub

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.

Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

# 1785
avatar

Oxşar yazılar