Bakıda GÖRÜNMƏMİŞ OLAY:  ata qızını narkotiklə öldürdü - RƏSMİ
23 mart 2021 12:15 (UTC +04:00)

Bakıda GÖRÜNMƏMİŞ OLAY: ata qızını narkotiklə öldürdü - RƏSMİ

Bakıda qətl hadisəsi olub.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 22-də saat 23 radələrində, Buzovna qəsəbəsində 36 yaşlıSalamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla mərhumun atası 61 yaşlı Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar