Bakıda gecəyarı gənc oğlana  hücum edib...
15 dekabr 2022 14:33 (UTC +04:00)

Bakıda gecəyarı gənc oğlana hücum edib...

Dekabrın 13-ü gecə saat 4 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində naməlum şəxs xuliqanlıq zəminində  26 yaşlı paytaxt sakini Zamiq Məliklini bıçaqlayaraq qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçiridkləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Ağacanov saxlanılıb. Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunduğu müəyyən edilib.

# 2334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar