Bakıda  DƏHŞƏT:   Oğul anasının  boğazını kəsdi
24 dekabr 2021 11:11 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Oğul anasının boğazını kəsdi

Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 62 yaşlı Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 32 yaşlı Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 5406
avatar

Mehman Nəbiyev

Oxşar yazılar