Azərbaycanda şagird söyüş üstündə BIÇAQLANDI  - TƏFƏRRÜAT  -YENİLƏNİB
12 aprel 2022 11:45 (UTC +04:00)

Azərbaycanda şagird söyüş üstündə BIÇAQLANDI - TƏFƏRRÜAT -YENİLƏNİB

Siyəzən Rayon Təhsil Şöbəsi şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində şagirdin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Qeyd olunub ki, dava zamanı IX sinif şagirdi X sinif şagirdini bel nahiyəsinə bıçaqla zərbə endirib: "Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub. Əməliyyatdan sonra şagird Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Bu gün üçün şagird ev şəraitində müalicəyə buraxılacaq".

Qeyd edək ki, xəsarət yetirən şagird barəsində Siyəzən Rayon Polis şöbəsində araşdırılma aparılır.

 

***

10:50

Siyəzəndə məktəblilər arasında bıçaqlanma olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 5-də Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə baş verib. Aralarında yaranan mübahisə zamanı 9-cu sinifdə oxuyan şagirdi 10-cu sinifdə oxuyanı söyüb. Məlumata görə, şagird bu səbəbdən ona söyən məktəblini bıçaqlayıb.

Yaralıya ilkin olaraq Siyəzən rayon Xəstəxanasında tibbi yardım göstərilib. Daha sonra o, əməliyyat üçün Bakıya göndərilib.

Hadisəni törədən məktəbli saxlanılıb. Araşdırma aparılır.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a təsdiqləyib.

# 4959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar