Azərbaycanda qazi BIÇAQLANDI
26 aprel 2022 18:46 (UTC +04:00)

Azərbaycanda qazi BIÇAQLANDI

Siyəzən rayonunda 48 yaşlı Elçin Nadir oğlu Rəşidovu naməlum şəxs və ya şəxslər bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, o, ağır xəsarətlə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin stabil olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaqlanması hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Rəşidov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Onun ruhi-xəstəlikdən əziyyıət çəkdiyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar