Azərbaycanda kafedə silahlı İNSİDENT:  saxlanılanlar var
14 mart 2022 13:26 (UTC +04:00)

Azərbaycanda kafedə silahlı İNSİDENT: saxlanılanlar var

Şəmkirdə kafedə kütləvi dava olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində qeydə alınıb. Kənd sakinləri N.Bağıyev və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşı xuliqanlıq zəminində biri-birilərini döyüblər. Bu zaman E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Bu barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

# 2667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar