Azərbaycanda DƏHŞƏTLİ QƏTL:  bıçağı ürəyindən sancdı
06 may 2022 10:00 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: bıçağı ürəyindən sancdı

Tovuzda qətl hadisəsi olub.

Tovuz rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 5-i saat 18 radələrində Əyyublu kənd sakini 36 yaşlı Bəxtiyar Əkbərovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 34 yaşlı Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar