Azərbaycanda axtarışa verilən 63 nəfər tutuldu - KRİMİNAL XRONİKA
20 avqust 2022 09:44 (UTC +04:00)

Azərbaycanda axtarışa verilən 63 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Avqustun 19-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

# 2133
avatar

Mehman Nəbiyev

Oxşar yazılar