Azərbaycanda ana və oğlu bıçaqlandı
18 aprel 2022 11:33 (UTC +04:00)

Azərbaycanda ana və oğlu bıçaqlandı

Lənkəran rayon Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gəlib.

Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, aralarında baş verən mübahisə zəminində V. Məmmədova və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirib.

Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb. Həmin şəxs dərhal saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Mehman Nəbiyev

Oxşar yazılar