Axtarışda olan 92 nəfər tutuldu - GÜNÜN KRİMİNAL XRONİKASI
12 may 2022 10:46 (UTC +04:00)

Axtarışda olan 92 nəfər tutuldu - GÜNÜN KRİMİNAL XRONİKASI

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 71 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 92 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

# 1944
avatar

Mehman Nəbiyev

Oxşar yazılar