Arvadını öldürmək üçün polisdən   "killer" istədi
09 fevral 2023 12:27 (UTC +04:00)

Arvadını öldürmək üçün polisdən "killer" istədi

Rusiyanın Omsk vilayətində 41 yaşlı rusiyalı kirayə ilə adam öldürməyə cəhd maddəsi ilə cinayət işi üzrə həbs edilib.

Lent.az yerli mediaya istinadla məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, kişi boşanma prosesi çərçivəsində həyat yoldaşı ilə əmlakı bölüşmək və qızının onunla yaxud arvadı ilə qalacağını müəyyənləşdirmək istəməyib. Buna görə də kişi “killer” tapmaq üçün tanıdığı hüquq-mühafizə orqanlarında çalışan əməkdaşa müraciət edib. O da öz növbəsində təhlükəsizlik qüvvələrinə məlumat verib.

Nəticədə özünü “killer” kimi göstərən polis kişidən min avro avans ödənişi alıb və öldürəcəyi qadın barədə məlumat toplayıb. Daha sonra cinayət axtarış şöbəsinin əməkdaşı qətli törədən şəxs adı altında hərəkətə keçib.

Baş tutan növbəti görüşdə “killer” müştəriyə qadının öldürülməsini təsdiqləyən fotoşəkilləri göstərib. Qalan üç min avronun köçürülməsi zamanı kişi saxlanılıb. Dindirilmə zamanı o, cinayətdə iştirakını inkar edərək, pulu heç kimə köçürmədiyini, qətli heç kimdən tələb etmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2836

Oxşar yazılar