42 il əvvəl 2 qadını boğub öldürmüşdü, həbs olundu
15 fevral 2023 12:42 (UTC +04:00)

42 il əvvəl 2 qadını boğub öldürmüşdü, həbs olundu

ABŞ-da 1981-ci ildə Kaliforniyada iki qadının qətlində şübhəli bilinən bir kişi həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın 9-da Ventura dairəsinin sakini, 68 yaşlı Toni Qarsiyaya qarşı ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, o, 1981-ci il yanvarın 18-də Kamarilla şəhərindən olan 2 qız anası 20 yaşlı Rachel Zendejası öldürüb. Qadın axşam saatlarında gəzintidən evə qayıdarkən hücuma məruz qalıb. Qarsiyanın ikinci qurbanı Oksnarddan olan 21 yaşlı Lisa Qondek olub. Mərhumu həmin il dekabrın 12-də evinə gələn yanğınsöndürənlər tapıblar. Qadının meyiti yanan mənzilin hamamında olub.

Müayinə hər iki qurbanın boğularaq öldürüldüyünü göstərib. Qarsiya heç vaxt bu cinayətlərdə şübhəli olmayıb və onun iştirakı yalnız müasir DNT testi vasitəsilə müəyyən edilib.

Məlumata görə, Toni Qarsia ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib və cinayətlər zamanı o, karate üzrə təlimatçı işləyib.

Qarsiya işi üzrə növbəti məhkəmə iclası fevralın 23-nə təyin edilib. İstintaq davam edir.

# 2403
avatar

Oxşar yazılar