Mobil operatorlara xəbərdarlıq olundu
01 avqust 2013 12:23 (UTC +04:00)

Mobil operatorlara xəbərdarlıq olundu

 

Mobil operatorlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurub

 

 

Hökumət tərəfindən  maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar  bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir. 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.  

 

Bununla əlaqədar mobil operatorlara  növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün  məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb. 

 

 

 

# 5795
avatar

Oxşar yazılar