“Milli Məclis banklarla bağlı məsələyə baxmalıdır. Əhalinin əmanətlərinə verilən faizlərlə kredit faizləri arasında niyə bu qədər fərqin olduğunu izah eləməlidirlər. Bankın xərci 20-25 faizdirsə, gəlib bizə izah etsinlər ki, bu xərc nədən ibarətdir ”.
Lent. az-ın məlumatına görə, bu sözləri parlamentin bugünkü sessiyasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, ola bilsin, bankların problemləri var, ancaq bu məsələ çox ciddi vəziyyət alıb: “Bu gün əhalinin əksəriyyəti banklara borcludur. Öz evlərini, mülklərini banklara girov qoyublar. Məsələ çox ciddidir. Mən xahiş edirəm, Milli Məclisdə bu məsələyə baxılsın. Ya göstəriş verilsin, iqtisadi siyasət komitəsində bu problem müzakirə, ya da Milli Məclisin sessiyasına çıxarılıb, həll edilsin”.
Deputat çıxışında, həmçinin, onu da qeyd edib ki, kommunal xidmətlərlə bağlı tariflər artırılması məsələsinə növbəti ilin birinci yarısında baxmaq doğru deyil. V. Əhmədov dövlət qulluqçularının maaşlarının azlığı ilə bağlı məsələni də qaldırıb və onların əmək haqlarının icra hakimiyyəti işçilərinin maaşlarına yaxınlaşdırılmasını təklif edib.

Deputatdan bank faizlərinə etiraz: “Əhali mülkünü banklara girov qoyub”
Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44