Azərbaycanda problemli kreditlərin həcmi artıb
24 iyun 2013 17:41 (UTC +04:00)

Azərbaycanda problemli kreditlərin həcmi artıb

Bu il mayın 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən 13,5 mlrd. manat həcmində kreditlər təqdim edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 28,6% çoxdur.


 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 32,9%-ni dövlət, 64,5%-ni özəl banklar, 2,6%-ni isə bank olmayan kredit təşkilatları həyata keçirib.

 

Kreditlərin 9 979,6 mln. manatını uzunmüddətli, 3 542,5 mln. manatını qısamüddətli kreditlər, 754,7 mln. manatını isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 33,3%, qısamüddətli kreditlərin həcmi 20%, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 5% artıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Oxşar yazılar