Sabah Bakının bu rayonunda  qaz olmayacaq
12 mart 2024 16:46 (UTC +04:00)

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Qaraçuxur” qaz paylayıcı stansiyasında (QPS) “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar martın 13-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2958
avatar

Oxşar yazılar