Tesla şirkətinin qurucusu İlon Mask “Twitter” hesabında bir paylaşımla “bitcoin”in bazardakı qiymətini alt-üst etdib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paylaşımında şirkətin elektromobillərinin alışı zamanı ödənişi “bitcoin”lə qəbul etməyəcəklərini yazıb.
Mask fikrini belə əsaslandırıb ki, “bitcoin”dən istifadə Tesla şirkətinin ekoloji məqsədlərinə ziddir:
“Tweet”dən 15 dəqiqə sonra “bitcoin”in qiyməti 54.829 dollardan 52.593-ə enib.
Beləliklə, dünyanın ən məşhur kriptovalyutası 15 dəqiqə ərzində öz bazar dəyərinin 4%-ni itirib. Daha sonra onun qiyməti 50.800 dollara düşüb.