HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro smart saatlar dünyasında yeni standartları müəyyənləşdirir. Müasir texnologiyalar və zərif dizaynı birləşdirən bu saatlar aktiv həyat tərzi sürən insanlar üçün ideal seçimdir. Sağlamlıq və fiziki fəaliyyəti izləmək kimi bir çox funksiyası ilə bu saatlar gündəlik həyatınızda əvəzolunmaz köməkçiniz olacaq. HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro sadəcə dəbli aksesuar deyil, həm də sağlamlığına və fəallığına dəyər verən insanlar üçün əsl zərurətdir.
HƏR KƏSƏ ÖZƏL FƏQRLİ ÖLÇÜLƏR
HUAWEI WATCH GT 5 modelləri 46 mm və 41 mm ölçülərdə mövcuddur ki, bu da istifadəçilərə daha geniş seçim imkanı verir. 46 mm ölçülü model 48 qram ağırlığı ilə aktiv həyat tərzi üçün uyğundur. 41 mm ölçülü model isə 35 qram ağırlığında olub zərif dizaynı ilə yanaşı, yüksək səviyyəli texnoloji yeniliklər təklif edir. HUAWEI WATCH GT 5 Pro 46 mm və HUAWEI WATCH GT 5 Pro 42 mm modelləri də ölçü və çəki baxımından fərqlənir. 46 mm ölçülü model 53 qram ağırlığında olub idman nailiyyətlərini izləmək istəyən istifadəçilər üçün idealdır. 42 mm ölçülü model isə cəmi 44 qram ağırlığında olub gündəlik istifadə üçün yüngül və rahatdır. (çəki kəmərsiz qeyd olunub).
BLUETOOTH 5.2 İLƏ SABİT ƏLAQƏ
Bluetooth 5.2 sayəsində HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro mobil qurğularla sabit əlaqəni təmin edir. Zəngləri qəbul etmə funksiyası sayəsində daxil olan zənglərə bilavasitə biləyinizdən tez və rahat cavab verə bilərsiniz. Saat EMUI, Android və iOS əsaslı telefonlarla uyğunlaşdırıla bilər ki, bu da onları gündəlik həyatınıza asanlıqla inteqrasiya etməyə imkan verir. Bildirişləri alın, musiqini idarə edin və telefonu cibinizdən çıxarmadan dostlarınızla əlaqədə qalın.
FRİDAYVİNQ ÜÇÜN UNİKAL İMKANLAR
HUAWEI WATCH GT 5 Pro-da olan Fridayvinq rejimi istifadəçilərə sualtı dalışlarını izləmək üçün unikal imkanlar təqdim edir. Saat dərinliyi, dalış müddəti və dalış sayını qeyd edir ki, bu da idmançılara öz nailiyyətlərini təhlil etməyə imkan verir. Ağıllı saat yüksək su keçirməzliyə malikdir və 40 metr dərinliyə qədər işləyə bilər. İstifadəçilər dalışları haqqında daim aktual məlumatları əldə etmək üçün saatın rejimlərini asanlıqla öz istəklərinə uyğunlaşdıra bilərlər.
AKTİV TƏDQİQATLAR ÜÇÜN MARŞRUTUN ESKİZİ
HUAWEI WATCH GT 5 və HUAWEI WATCH GT 5 Pro-da olan Marşrut eskizi funksiyası ilə özünüzə məxsus sevdiyiniz marşrutları asanlıqla çəkə bilərsiniz. Bu funksiya müxtəlif başlanğıc və son nöqtələr seçmək, həmçinin marşrut boyunca maraqlı yerlər əlavə etmək imkanı verir. Əgər qayıtmaq qərarına gəlsəniz, Geri marşrut funksiyası artıq keçilmiş yolla tez bir zamanda qayıtmağa imkan verəcək. Bu, aktiv istirahəti sevən və yeni yerləri kəşf etmək istəyən istifadəçilər üçün əla bir funksiyadır.
VELOSİPED İDMANI VƏ QOLF ÜÇÜN UNİKAL FUNKSİYALAR
HUAWEI WATCH GT 5 Pro aktiv istifadəçilər üçün, o cümlədən qabaqcıl velosiped kompüteri kimi unikal funksiyalar təklif edir. Onun köməyi ilə sürət, məsafə və ya vaxtı izləmək olar ki, bu da velosiped idmanı üçün idealdır. Peşəkar golf rejimi də bu modeli rəqiblərdən fərqləndirir və qolfçulara çuxurlara qədər olan məsafə haqqında dəqiq məlumatlar əldə etmək və nəticələrini qiymətləndirmək imkanı verir. Belə funksiyalarla məşq prosesiniz daha effektiv və səmərəli olacaq, həmçinin idman bacarıqlarınızı təkmilləşdirməyə imkan verəcək.