Həftənin sonuncu “Açıq mikrofon” aksiyasında 7 müraciət ünvanlandı
15 dekabr 2023 16:51 (UTC +04:00)

Həftənin sonuncu “Açıq mikrofon” aksiyasında 7 müraciət ünvanlandı

SOCAR “Azəriqaz” İB-nin həftə ərzində sonuncu “Səyyar qəbul otağı” Lerik rayonunda təşkil olunub.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qaz təchizatında problemlə üzləşən 7 nəfər mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Rayonun Pirəsora və Orand kəndlərindən qatılan 2 nəfər adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Qalan 5 sakindən 3-ü qaz xəttinin yerinin dəyişdirilməsini, 2-si isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib.

Tədbirin sonunda aksiyaya telefon bağlantısı ilə qoşulan şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubovun müraciəti də qeydə alınaraq yerində baxış keçirilməsi üçün qərar qəbul edilib. Aksiyanın davamı kimi şəhid ailəsinin yaşadığı ünvana baş çəkilib və müraciətin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3280

Oxşar yazılar