Mayın 13-də Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahayan vəfat edib. Onun 73 yaşı vardı.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dövlət başçısı uzun müddətdir xəstə idi. O, 2004-cü ildən prezident postunu tuturdu.
Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti haqda nə məlumdur?
• BƏƏ rəhbəri 15 milyard dollarlıq sərvətə sahib idi və “Forbes” jurnalına görə dünyanın ən zəngin adamlarından biri hesab olunurdu.
• Xəlifə ibn Zayed əl Nahayan Abu Dhabi İnvestment Authority investisiya fonduna rəhbərlik edib, onun kapitallaşması müxtəlif hesablamalara görə 2008-ci ildə 875 milyard dollara çatıb.
• Atasının ölümündən sonra Birləşmiş Ərəb Əmirliklərinin ikinci prezidenti olub. Onun hakimiyyətinin siyasəti qərbyönümlü, islahat yönümlü kimi qiymətləndirilir.
• 2014-cü ilin yanvar ayının sonunda Xəlifə ibn Zayed Əl Nahayan insult keçirib.
BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi ölkədə 40 günlük rəsmi matəm elan edib.
73 yaşında dünyasını dəyişən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahayanın dəfn mərasimi Əbu-Dabidəki Əl-Batin qəbiristanlığında dəfn edilib.