“Doing Business 2020”: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir
18 dekabr 2020 16:36 (UTC +04:00)

“Doing Business 2020”: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

Son illərdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkənin maliyyə imkanlarının daha da genişlənməsini, xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasını sürətləndirib. Respublikada bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında onlarla saziş imzalanıb.

 

 

Bu ilin avqustunda Dünya Bankı özünün "Doing Business" hesabatında 4 üzv ölkənin – Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlamışdı və bununla bağlı müstəqil araşdırma aparılacağını bildirmişdi. İndi həmin araşdırmanın nəticələri açıqlanıb. Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırma nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatındakı mövqeyini daha da yaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. İlkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.

 

Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. “Doing Business” Hesabatı ilə bağlı vacib məqamlardan biri də odur ki, Azərbaycandakı  müxalif dairələr bəzi üzv ölkələrdən alınan məlumatlarla Bankın metodologiyası arasındakı uyğunsuzluğa görə diqqəti rəsmi Bakının üzərinə çəkməyə cəhd edirdi. Və ənənəvi olaraq bu faktdan Azərbaycan hakimiyyətinin ünvanına qərəzli və əsassız ittihamlar səsləndirmək üçün istifadə etməyə cəhd göstərirdi.

 

Məsələn, Cəmil Həsənli iddia edirdi ki, guya Azərbaycan rəhbərliyi Dünya Bankının rəsmilərini “ələ alaraq”  ölkəni reytinq cədvəlində yüksək mövqeyə yerləşdirib «Azadlıq” qəzeti bu mövzuda C.Həsənlinin məqaləsini  “Növbəti saxta hesabat” başlığı ilə dərc etmişdi.

Sevinc Osmanqızı da “saxta hesabatdan” danışaraq bildirirdi ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir. İqtisadçı Qubad İbadoğlu isə iddia edirdi ki, Dünya Bankının daxili auditdən sonra edəcəyi düzəliş “çox böyük ehtimalla Azərbaycanın reytinqinin pisləşməsinə gətirib çıxaracaq.

 

Amma indi məlum oldu ki, əvvəla, ilkin uyğunsuzluğun günahkarı məlumatları verən üzv ölkələr, o cümlədən Azərbaycan deyilmiş. Araşdırma nəticəsində Azərbaycanın reytinqi nəinki pisləşdi, əksinə, bir az da yüksəldi. Müstəqil araşdırma Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edib.

 

 

Yeri gəlmişkən, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenous bir müddət öncə, öz sosial şəbəkə hesabında məlumat paylaşaraq bunu Azərbaycanın uğuru adlandırıb. “Doing Business 2020” hesabatından öncə yayımlanan bloq yazısında qeyd edilir ki, Azərbaycan əsas 4 sahədə islahat aparıb:

 “Azərbaycan “Doing Business”də asanlıqla ölçülə bilən 4 biznes yumşaltması həyata keçirib. Onlar “Əmlakın qeydiyyatı”, “Azlıqda olan investorların hüquqlarının müdafiəsi”, “Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi” sahələridir. Bakıda pilot layihə olaraq hər bir fərdi ərazinin rəsmi xəritələşməsi və qeydiyyatı nəticəsində əmlakın qeydiyyat daha da sürətlənib. Ədalətli olmayan, yaxud sui-istifadə edən direktorlara qarşı məsuliyyətin tətbiqindən sonra azlıqda olan investorların müdafiəsi güclənib. Həmçinin kommersiya mübahisələri yarandıqda tərəflər onlayn müraciət göndərə bilər və vasitəçilik üçün maliyyə əldə edə bilər”-deyə açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539

Oxşar yazılar