Dayanma-durma  qaydalarını pozanlara  XƏBƏRDARLIQ
11 mart 2024 14:05 (UTC +04:00)

Dayanma-durma qaydalarını pozanlara XƏBƏRDARLIQ

“Bu gün qayda pozuntularına yol verən sürücülərlə bağlı sərt tədbirlər görülməyə başlanılıb”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, qaydalara tam hörmətlə yanaşılmalı, ciddi əməl olunmalıdır: “Bəzən sürücülər nümayişkaranə şəkildə qaydaları pozurlar. Biz onları qaydalara ciddi əməl etməyə çağırırıq. Dayanma-durma qaydalarını pozanlarla bağlı da daha sərt tədbirlər görüləcək”.

# 2229
avatar

Oxşar yazılar