Cəlilabadda vətəndaşların qaz təsərrüfatına dair sualları  CAVABLANDIRILDI
16 avqust 2022 17:50 (UTC +04:00)

Cəlilabadda vətəndaşların qaz təsərrüfatına dair sualları CAVABLANDIRILDI

""Açıq mikrofon" aksiyasının başqa bir adı SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun "Səyyar qəbul otağı"dır. Belə ki, siz vətəndaşların qaz təchizatı ilə bağlı burada səsləndirdiyiniz bütün müraciətlər Birliyin rəhbərinə təqdim olunur. Ona görə də probleminizin həllinə yardımçı olmağımız üçün müraciətlərinizi açıq şəkildə səsləndirməyinizi sizdən xahiş edirik".

Bu sözləri "Azəriqaz" İB-nin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Biləsuvar rayonunda vətəndaşlarla keçirilən görüş zamanı deyib.

Aksiyada rayon sakinləri ilə yanaşı, ətraf kəndlərdən də vətəndaşlar iştirak ediblər. Görüşdə fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi, sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciətlər daxil olub. Ünvanlanan bir sıra müraciətlərin həllinə dair Regional İdarənin rəisi yerindəcə tapşırıq verib.

# 1185
avatar

Oxşar yazılar