AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub.
Lent.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, 2025-ci il yanvarın 17-də bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb.
Mərhum Zərifə Həmzəyeva bankın nizamnamə kapitalında 84,5 faiz paya malik olub.