Bu rayonlarda 4 gün  qaz olmayacaq
25 aprel 2022 16:34 (UTC +04:00)

Bu rayonlarda 4 gün qaz olmayacaq

Bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, aprelin 26-dan 29-dək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonu tam , Xaçmaz rayonu üzrə Xaçmaz şəhər daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin ayın 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.

"Azəriqaz" müvəqqəti narahatlığa görə üzr istəyir.

# 3294
avatar

Aytəkin Cəlali

Oxşar yazılar