Bu maşınların idxalı və satışı  ƏDV-dən azad edildi
29 dekabr 2021 19:13 (UTC +04:00)

Bu maşınların idxalı və satışı ƏDV-dən azad edildi

Gələn il yanvarın 1-dən Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Bundan başqa, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

# 3099
avatar

Oxşar yazılar