Bu ilin aprel ayında “Azəriqaz” 540 milyon kubmetr təbii qaz qəbul edib
06 may 2022 14:40 (UTC +04:00)

Bu ilin aprel ayında “Azəriqaz” 540 milyon kubmetr təbii qaz qəbul edib

Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard  817 milyon kubmetr təbii qaz qəbul edib.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xərtləri üzrə. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım olub.

Bu ilin aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi 540 milyon kubmetr təbii qaz qəbul edib.

Təkcə aprel ayı üzrə 185 milyon kubmetr təbii qaz sənaye xətləri üzrə, 355 milyon kubmetr isə əhali xətləri üzrə qəbul edilib.

# 1335
avatar

Oxşar yazılar