Bu həftə 4 rayonda “Azəriqaz”ın  “Açıq mikrofonu”  qurulacaq
30 may 2022 18:13 (UTC +04:00)

Bu həftə 4 rayonda “Azəriqaz”ın “Açıq mikrofonu” qurulacaq

0

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu həftə (mayın 31-i və iyunun 1-3-də) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Aksiya mayın 31-də Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), iyunun 1-də Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), 2-də Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və 3-də isə Yevlax  rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1215

Oxşar yazılar