Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə Lent.az “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək paytaxtın Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.