"Bakı Qida və Yağ Fabriki"ndə tərəfdaşların görüşü baş tutub
29 oktyabr 2024 11:16 (UTC +04:00)

"Bakı Qida və Yağ Fabriki"ndə tərəfdaşların görüşü baş tutub

“Azərsun Holdinq”in Yağ və Sous məhsulları direktorluğunun əməkdaşları ilə HORECA satış kanalı üzrə tərəfdaşlarının görüşü keçirilib. Görüşün ilk mərhələsi adıçəkilən məhsullarının istehsal edildiyi “Bakı Qida və Yağ Fabriki”ndən baş tutub. Qonaqlar fabriki gəzərək istehsal prosesləri ilə yaxından tanış olublar. Eyni zamanda fabrikdə istehsalın ən son texnologiyaların tətbiqi ilə və yüksək gigiyena standartlarına uyğun olaraq həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Daha sonra görüşdə yeni məhsullar təqdim edilərək tərəfdaşlığın inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq və bazarın tələblərinə uyğun məhsul çeşidlərinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar