"Bakcell" abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı®
30 iyun 2022 17:09 (UTC +04:00)

"Bakcell" abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı®

"Bakcell" abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən "Bakcell" bununla bağlı daha bir yenilik edib.

Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki mövcud "Bakcell" nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni eSIM virtual nömrəni əldə etmək mümkündür.

Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.

Azərbaycanda ilk dəfə olaraq "Bakcell" tərəfindən istifadəyə verilmiş eSIM sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan eSIM "Bakcell" abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

 

# 681
avatar

Oxşar yazılar