“Azəriqaz”ın “Açıq mikrofon”u Suraxanıda olacaq
04 may 2022 17:06 (UTC +04:00)

“Azəriqaz”ın “Açıq mikrofon”u Suraxanıda olacaq

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki,  Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Suraxanı rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Suraxanı rayonu, Hövsan şosesi, Ticarət mərkəzinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 

“Səyyar qəbul otağı” mayın 5-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1101
avatar

Oxşar yazılar