Azərikard-ın Məlumat Mərkəzi və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq
22 oktyabr 2024 16:50 (UTC +04:00)

Azərikard-ın Məlumat Mərkəzi və Çatbot xidmətində müvəqqəti fasilə yaranacaq

22 oktyabr 2024-cü il tarixindən 23 oktyabr 2024-cü il tarixinə keçən gecə, 02:00 - 05:00 saatlarında fövqəladə hallar planlarının yoxlanılması ilə əlaqədar Azərikard Prosessinq Mərkəzində texniki sınaqlar nəzərdə tutulub.

Mərkəzdən verilən məlumata görə, proseslərin təkmilləşdirilməsi və xidmət səviyyəsinin daim yüksək saxlanılması məqsədilə keçirilən planlı işlər zamanı əsas kanallar üzrə servislərin fəaliyyətində dayanmalar, fasilələr gözlənilmir.

Bununla belə, texniki işlərlə əlaqədar Məlumat Mərkəzi və Çatbot xidməti müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Bu müddət ərzində alternativ kommunikasiya kanalları (Facebook, Instagram) vasitəsilə Azərikard Prosessinq Mərkəzi ilə əlaqə saxlamaq olar.

Azərikard fəaliyyəti ilə bağlı ən son yeniliklərlə operativ məlumat almaq üçün Mərkəzin rəsmi veb-saytını və sosial şəbəkələrdəki səhifələrini izləməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar