Azərbaycanlı milyarder bir ildə  220 milyon dollar İTİRDİ
01 yanvar 2022 13:19 (UTC +04:00)

Azərbaycanlı milyarder bir ildə 220 milyon dollar İTİRDİ

2021-ci ildə 29 rusiyalı milyarder yoxsullaşıb. 

Lent.az bildirir ki, “Forbes”in yazdığına görə, beləliklə, onlardan birinin sərvəti təxminən altı milyard dollar azalıb.

Rusiyanın ən yoxsullaşan milyarderlərinin reytinqində ilk sırada qızıl mədən şirkəti “Polyus”un səhmlərinə sahib olan senator Süleyman Kərimov və ailəsidir.

2021-ci ildə onlar 5,99 milyard dollar itirdilər. İtkilər qızılın qiymətinin düşməsi ilə bağlıdır. 2020-ci il ərzində onun dəyəri artsa da, 2021-ci ildə dünya iqtisadiyyatlarının bərpası ilə birlikdə qızıla tələbat dayanıb.

Beləliklə, yanvarın 1-dən “Polyus”un səhmləri 16 faiz azalıb. 2021-ci il dekabrın 20-nə sahibkarın sərvəti 14,92 milyard dollardır.

“Renova” qrupunun yaradıcısı Viktor Vekselberq 2018-ci ilin aprelində ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib, Amerika və İsveçrə banklarında 1,5 milyard dollardan çox vəsaiti dondurulub. Bundan əlavə, ona ABŞ-da biznes fəaliyyəti qadağan edilib. Bloklanmış vəsaitlər yalnız ABŞ Xəzinədarlığının icazəsi ilə istifadə edilə bilər, lakin departament belə bir fürsət vermir.

2021-ci ildə Vekselberq 2,93 milyard dollar itirib, dekabrın 20-nə onun sərəncamında 9,29 milyard dollar var. “Forbes”in anti-reytinqində ikinci yeri tutur.

Üçüncü sırada 2021-ci ildə 668 milyon dollar itirmiş “Domodedovo” hava limanının əsas benefisiarı Dmitri Kamenşik olub. Dekabrın 20-nə onun varidatı 1,80 milyarddır.

Sonrakı sırada Ural Mədən və Metalurgiya şirkəti və UMMC-Holdinqin baş direktoru Andrey Kozitsındır. Onun builki itkisi 615 milyon dollardır. Dekabrın 20-nə olan məlumata görə, sərvəti 5,79 milyard dollardır. 

“Forbes”in reytinqində 5-ci sırada “Sistem” Açıq Səhmdar Cəmiyyətinin aksiyalarının 59 faizinin sahibi Vladimir Yevtuşenkodur. 2021-ci ildə itkisi 414 milyon dollardır. Dekabrın 20-də sahibkarın sərvəti 2,54 milyard dollar olub.

Altıncı sırada Aleksandr Mamutdur və bu il 320 milyon dollar ziyana düşüb. Onun sərvəti 2,26 milyard dollardır. 

Bunun ardınca “Domo” proqram təminatının inkişaf etdirilməsi şirkətində səhmləri demək olar ki, 19 faiz ucuzlaşan və hazırda bir səhmin qiyməti 50 dollar olan Qavril Yuşvaev gəlir. Biznesmen bu il 285 milyon dollar itirib. İndiki sərvəti 1,92 milyard dollar təşkil edir. 

Səkkizinci yer – “Eurasia Drilling Company”nin əsas səhmdarı Aleksandr Caparidze 2021-ci ildə 241 milyon dollar ziyana düşüb. Hazırda 2,30 milyard dollar sərvəti var. 

Siyahıda həmçinin “Yandex”in səhmdarı Arkadi Voloj da var. Bu il 231 milyon dollar itirib. Dekabrın 20-nə olan məlumata görə, sərvəti 2,30 milyard dollardır. 

“Forbes”in reytinqini “Crocus Group”un sahibi və 2021-ci ildə 226 milyon dollar itirən Araz Ağalarov bağlayır. Şirkətlər qrupuna “Crocus City Hall” və “Vegas” konsert salonları, sərgi kompleksi, ticarət mərkəzləri, idman və əyləncə obyektləri daxildir.

Araz Ağalarov

Onun biznesinin demək olar ki, bütün sahələrinin vəziyyəti COVID-19 pandemiyası səbəbindən məhdudiyyətlərdən təsirlənib. Məlum olduğu kimi, ticarət mərkəzinə gələnlərin sayı 20-30 faiz azalıb. Nəticədə, Azərbaycan əsilli milyarder 226 milyon dollar ziyana düşüb.

Ağalarovun sərvəti dekabrın 20-nə olan məlumata görə, 1,451 milyard dollardır.

Bundan əvvəl “Forbes” xəbər vermişdi ki, “Telegram”ın yaradıcısı Pavel Durov 2021-ci ildə 13,81 milyard dollar qazanıb və ən zəngin Rusiya vətəndaşı olub. Reytinqin lideri həm də 12 ayda sərvətini 11,92 milyard dollar artıran “Wildberries”in təsisçisi Tatyana Bakalçukdur.
 

# 5685
avatar

Oxşar yazılar