Azərbaycanda elektrikli mühərrikli nəqliyyat vasitələrinin sayı 60% artıb.
Lent.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda ölkə üzrə quraşdırılmış elektrik doldurma məntəqələrinin sayı 184 ədəd təşkil edir: "Yaxın zamanlarda daha çox məntəqə istifadəyə veriləcək. Bu infrastrukturun genişləndirilməsi ekologi cəhətdən nəqliyyat vasitələrini stimullaşdıracaq".