Rusiyanın Həştərxan vilayətinin Privoljsk rayonunda Azərbaycandan aparılan 47 ton pomidor geri qaytarılıb.
Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, bu barədə "Rossexodnadzor"un yerli qurumu qərar verib. Məlumata əsasən, pomidorun tərkibində insan orqanizminə ziyanlı olan "ToBRFV" virusu aşkarlanıb.
Bunu laboratoriya ekspertizası sübut edib.