akart və Solong Beynəlxalq Qadınlar Günündə elektron musiqi həvəskarlarını bir araya gətirir
04 mart 2025 19:22 (UTC +04:00)

akart və Solong Beynəlxalq Qadınlar Günündə elektron musiqi həvəskarlarını bir araya gətirir

Müasir maliyyə həlli akart və tanınmış musiqi platforması Solong birgə əməkdaşlıq çərçivəsində elektron musiqi həvəskarları üçün xüsusi tədbir təşkil edəcək. 8 Mart - Beynəlxalq Qadınlar Günündə “Monte Carlo Hall”da baş tutacaq bu tədbir şərq motivləri ilə elektron musiqini bir araya gətirəcək.

Tədbirdə Cornelius Doctor b2b və Tushen Raï müxtəlif musiqi janrlarını birləşdirərək qonaqlara fərqli səs təcrübəsi yaşadacaqlar. Eyni zamanda, tədbir tanınmış elektron musiqi sənətçisi DJ Flamarın iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Solong musiqi platforması 2019-cu ildən fəaliyyət göstərir və ölkədə elektron musiqinin inkişafına, alternativ konsert mədəniyyətinin formalaşmasına töhfə verir. Daha öncə də Solong-un layihələrində tərəfdaş qismində çıxış edən akart, bu əməkdaşlıq çərçivəsində elektron musiqi mədəniyyətinin inkişafına dəstək verməyi hədəfləyir.

Qeyd edək ki, akart istifadəçiləri tədbirə biletləri 20% endirimlə əldə edə biləcəklər. Bununla yanaşı, akart müştərilərinə eksklüziv güzəştlərdən də yararlanmaq imkanı verəcək.

Bu unudulmaz təcrübəni qaçırmamaq üçün linkə daxil olun və akart ilə 20% endirim fürsətindən yararlanın! Rəqəmsal kartınızı “akart” tətbiqindən tam ödənişsiz əldə edə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar