ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı
07 noyabr 2024 17:12 (UTC +04:00)

ABB iqlim dəyişikliyinin təsirləri ilə bağlı hesabat yaydı

ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha bir maraqlı hesabat yayıb. Hesabat “İqlim dəyişikliyinin təsirləri və nəticələri” adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib.

İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycanda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, buna rəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub.

Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar