Azərbaycanda 13 yeni dövlət standartı təsdiq edilib
16 sentyabr 2011 15:25 (UTC +04:00)

Azərbaycanda 13 yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda 13 yeni dövlət standartı təsdiq edilib və iki standarta dəyişikliklər edilib. Lent.az-ın mlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. Məlumata görə, Komitə parça, qida boyaları, ət, makaron, pendir məmulatları, tikintidə istifadə edilən şüşə və ümumilikdə 13 sahədə yeni dövlət standartı təsdiq edib: “Bu standartlar elm sahələrində işlədilən terminlərin adlarına aiddir”.

Qeyd edək ki, komitənin digər əmri ilə qazlı su və qablaşdırılmış içməli su üçün də “Ümumi texniki şərtlər” standartlarına dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, qazlı su və qablaşdırılmış içməli suyun mikrobioloji göstəriciləri, toksiki elementlərin miqdarına olan tələblər daha sərtləşdirilib.

Nailə
# 544

Oxşar yazılar