Cari ilin əvvəlindən 20,9 milyard manatlıq məhsul istehsal olunub
16 sentyabr 2011 10:50 (UTC +04:00)

Cari ilin əvvəlindən 20,9 milyard manatlıq məhsul istehsal olunub

Ölkənin sənaye sahələrində 2011-ci ilin yanvar-avqust aylarında 20,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 76,3 faizi mədənçıxarma bölməsində istehsal olunmaqla 5,5 faiz azalıb, 18,2 faizi emal bölməsində istehsal olunmaqla 9,8 faiz artıb, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində olmaqla 8,4 faiz artıb, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşməklə 10,7 faiz artıb.


Qeyd edək ki, neft və təbii qaz hasilatında azalma müşahidə olunub, qeyri-neft sahələrində isə artım 10,4 faiz təşkil edib. Səkkiz ay ərzində 31,7 milyon ton neft, 17,2 milyard kub-metr təbii qaz hasil edilib, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, geyim, kağız və karton, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, metallurgiya, maşın və avadanlıqların, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artıma nail olunub.
# 496

Oxşar yazılar