Azərbaycan taxıl və ət tələbatının 80 faizini özü təmin edir
15 sentyabr 2011 12:56 (UTC +04:00)

Azərbaycan taxıl və ət tələbatının 80 faizini özü təmin edir

Lent.az-ın verdiyi məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib. Bəhram Əliyevin bildirib ki, bunun 156 min tonu toxumluq, 1 milyon 600 min tona yaxını ərzaq buğdası, qalanı isə yem üçün istifadə olunan taxıl məhsullarıdır: “Bütövlükdə götürəndə, taxıl məhsullarına tələbatımız 3 milyon tondur. Ərzaq buğdası ilə özümüzü təmin edirik. Ümumi taxıl tələbatını təmin etmək üçün təxminən 20 faiz həcmində xaricdən idxal edirik. Amma nəzərə alaq ki, hələ taxıl biçini tam qurtarmayıb. Müəyyən dağ rayonları var ki, orada biçin davam edir. Düşünürəm ki, 2,5 milyona yaxın məhsul əldə ediləcək. Bu il 985 min hektar sahədə taxıl əkilib. Dənli bitkilər 967, 305 min hektar sahədə əkilib. İndiyə qədər biçilmiş sahə isə 942, 502 min hektardır”.


Heyvandarlıq sahəsindəki vəziyyətə toxunan kənd təsərrüfatı nazirinin müavini qeyd edib ki, Aqrolizinq vasitəsilə Azərbaycana damazlıq cins heyvanlar gətirilib: “Bu isə kənd təsərrüfatında ətlik, südlük heyvanların yetişdirilməsi problemlərinin həllində böyük addımdır. Biz heyvanların cins tərkibini dəyişməklə, yeni bir addım atmaqla insanların ətə, südə olan tələbatlarını ödəmək istəyirik. Görülən işlər bu məhsullarla ölkəmizi tam təmin etməyə yönəlib. Ətçilik istiqamətində də müəyyən addımlar atılıb. Hələ ki, ölkəmizdə ətə olan tələbatın 80 faizini ödəyə bilirik”.


Bəhram Əliyev deyib ki, bu gün Azərbaycanda 3 mln. 610 min hektar sahə eroziya içindədir, bir milyondan artıq sahə şoranlaşıb: “Amma bunlar kənd təsərrüfatı dövriyyəsinə gətirilməlidir. Bütün bunlar əlbəttə ki, müvafiq dövlət proqramında öz əksini tapmış məsələlərdir. Bu istiqamətdə konkret layihələr həyata keçirilir”.
# 1202

Oxşar yazılar