Neftin qiyməti fərqli istiqamətdə dəyişib
15 sentyabr 2011 11:34 (UTC +04:00)

Neftin qiyməti fərqli istiqamətdə dəyişib

Dünya bazarında neftin qiyməti fərqli istiqamətlərdə dəyişib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin belə dəyişməsi ABŞ-da pərakəndə satışın zəif göstəricisi və Avropanın borc böhranından qurtulacağına ümidlər fonunda baş verib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 1,30 dollar düşərək 88,91 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,51 dollar yüksələrək 112,40 dollara çatıb.
# 635

Oxşar yazılar