Nissan Servisdə “Yaxşıların yaxşısı” seçildi
13 sentyabr 2011 13:29 (UTC +04:00)

Nissan Servisdə “Yaxşıların yaxşısı” seçildi

Nissan Satış və Servis Mərkəzində ənənəvi NISTEC (Nissan Service Technical Contest) yarışması keçirildi. Yarışma ustaların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunur. Şərtlərə görə, ustalar 2 yarımqrupa bölünərək avtomobillərdə yaradılmış 3 müxtəlif problemi təyin olunmuş vaxt ərzində “Nissan”ın müəyyənləşdirdiyi proses ardıcıllığı əsasında fərdi şəkildə tapıb aradan qaldırmalı idilər. “Nissan Servis”in bu yarışmaya qatılan 6 əməkdaşı – Anar İsayev, Fuad Mədətov, Mirkərim Rəhimli, Rəşad Abdullayev, Nicat Cabbarov və Anar Zeynalov yarışmanı izləyən həmkarları, rəhbərlik, qonaqlar və medianın gözləri önündə üzərlərinə düşən məsuliyyətli işin öhdəsindən bacarıqla gələ bildilər. Ona görə də, jüriyə qızıl, gümüş və bürünc medalların sahiblərini təyin etmək çətin oldu. Xüsusilə də qızıl medala iddialı Rəşad Abdullayev və Anar İsayevin yarışmanın sonunda eyni bal toplaması yarışmaya olan marağı yüksəltməklə bərabər jürinin qalibi müəyyən etmək üçün yeni tapşırıq təyin etməsinə gətirib çıxardı. Verilən tapşırığı A.İsayevdən 10 saniyə tez başa vuran R.Abdullayev qızıl medala sahib oldu və NISTEC-in Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Regional Mərhələsində Azərbaycanı təmsil etmək şansı qazandı. A.İsayev gümüş, Fuad Mədətov isə bürünc medalları qazandı. Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olundu.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

NISSAN getdiyin yolları DƏYİŞ

Əlavə məlumat üçün ünvanlar və telefonlar:

Poçt indeksi: AZ 1029
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2, Xoyski pr., 104A
Telefonlar: (+994 12) 448 38 38, 430 81 41, 448 37 37
Faks: (+994 12) 447 46 87
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.nissan.az
# 1080

Oxşar yazılar