Avropa İttifaqı qərarını verdi
“Nabucco Gas Pipeline International GmbH” şirkəti Avropa İttifaqı Şurasının Trans-Xəzər qaz boru kəməri sistemi üçün Azərbaycan və Türkmənistan ilə normativ-hüquqi baza üzrə sazişin imzalanması ilə bağlı danışıqların aparılması baxımından Avropa Komissiyasına verilmiş mandatı təsdiq etmək barədə bu gün qəbul etdiyi qərarı alqışlayır.
Lent.az-ın verdiyi məlumata görə, “Nabukko” şirkətinin baş direktoru Reynhard Mitçek deyib ki, Avropa Komissiyasının göstərdiyi bu mühüm təşəbbüs “Nabukko” layihəsinin geniş şəkildə diversifikasiya olunan qaz portfelinin nəqliyyatına imkan yaratmaq məqsədinə uyğundur.
O bildirib ki, Çoxsaylı maliyyə mənbələri cəlb olunduqdan sonra “Nabukko” potensial Trans-Xəzər boru kəmərinin tikintisindən asılı olmayacaq. Buna baxmayaraq, Xəzər dənizinin hər iki tərəfində qaz ixracı üzrə böyük potensialın Avropa və Türkiyə bazarlarının gələcəyi baxımından zəruri əhəmiyyət kəsb etməsi bir faktdır: “Nabukko” vasitəsilə yaradılan böyük boru kəməri sistemi sifariş əsasında inşa ediləcək bir sistemdir və qarşıdan gələn onilliklər ərzində bu böyük qaz təchizat potensialının ixrac olunmasına öz töhfəsini verəcəkdir. “Nabukko” – Avropanın nəhəng layihəsi Xəzər qazı üçün ən rəqabətə davamlı ixrac marşrutunu təklif edir.”
Reynhard Mitçek qeyd edib ki, “Nabukko” Asiyadan Avropaya uzanan yeni qaz körpüsüdür. O, dünyanın ən zəngin qaz regionlarını (Xəzər regionunu və Yaxın Şərqi) birbaşa olaraq Avropa istehlakçı bazarları ilə birləşdirəcək. Boru kəməri Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçməklə Türkiyənin şərqi hüdudunu Mərkəzi Avropanın ən mühüm qazpaylayıcı qovşaqlarından biri olan Avstriyanın Baumqarten əyalətinə birləşəcək.

Oxşar yazılar

"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55